“Fənərbaxça”nın futbolçusu İtaliya yolunda
21.01.2025 - 13:34
Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçilərindən “Kalyari” 25 yaşlı futbolçu ilə maraqlanır.
İstanbul klubunun yarımmüdafiəçisi qış “transfer pəncərəsi” zamanı “Kalyari”yə keçə bilər. Bu qış alınmasa, italyanlar yayda onunla müqavilə imzalamağa çalışacaq.
Yüksek 2020-ci il avqustun 19-da “Bursaspor”dan “Fənərbaxça”ya keçmişdi. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- Krakov-2023: Süleymanov 1/8 finalda uduzdu - YENİLƏNİB
- Moldova – Azərbaycan oyunun hakimləri açıqlandı
- Bəxtiyar Musayev: “Kəpəz” daha ağır nəticələrlə üzləşə bilər”
- Ülviyyə Fətəliyeva Özbəkistanda beynəlxalq turnirin qalibi olub
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
0
0