“Fənərbaxça”nın futbolçusu sərbəst buraxılıb
03.04.2026 - 13:55
Mərc oyunlarında iştirak etdiyi iddiası ilə həbs olunan “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş azadlığa buraxılıb.
Apasport.az xəbər verir ki, bu gün türkiyəli yarımmüdafiəçinin məhkəmə iclası keçirilib.
Futbolçu ifadəsində “Fənərbaxça”nın oyunlarında baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirib. O, həmçinin komandasının heç bir matçına mərc etmədiyini vurğulayıb.
31 yaşlı oyunçunun çıxışından sonra məhkəmə heyəti onun təxliyəsinə qərar verib.
Qeyd edək ki, Mert Hakan Yandaş ötən ilin dekabr ayında həbs olunmuşdu.
- Türkiyə Kuboku: “Qalatasaray”dan minimalhesablı qələbə
- Millimiz üçün tarixin ən reytinqli rəqibi – 2-dən 10-dək...
- “Trabzonspor” “Göztəpə” səfərindən 3 xalla qayıdır
- "Qəbələ"nin müdafiəçisi: "Juninyoya qarşı müdafiə olunmaq çətindir" - Müsahibə
- Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
0
0