“Fənərbaxça”nın Antoni Marsial israrı davam edir.
Apasport.az xəbər verir ki, İstanbul klubu 28 yaşlı hücumçunun transferi üçün “Mançester Yunayted”lə danışıqları davam etdirir.
Xüsusilə, Premyer Liqa klubu fransalı futbolçunu heyətdən uzaqlaşdırdıqdan sonra türklərin bu transferi həyata keçirmək şansı daha da artıb.
Hazırda komandadan getmək istəyən Marsialın İstanbul təmsilçisinə qoşulması üçün “Fənərbaxça”nın qarşı tərəfə yeni bir təklif hazırladığı bildirilir.
Qeyd edək ki, 2015-ci ildən “qırmızı şeytanlar”ın uğurları üçün oynayan Marsial bu mövsüm meydana çıxdığı 19 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yovetiç Yunanıstana getdi
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- Samir Abasov: "Bu qədər adamın oyuna gəlmə səbəbi "Neftçi"dir"
- "Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
- Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi bəlli olub - FOTO