"Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqada - RƏSMİ
19.12.2024 - 23:25
!["Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqada - RƏSMİ](https://ww3.apasport.az/storage/news/2024/december/19/big/67645f548398667645f5483987173463125267645f548398467645f5483985.webp)
"Vulverhempton"un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, klubu Vitor Pereyra çalışdıracaq.
Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Səudiyyə Ərəbistanında "Əl-Şabab" klubu olub. O, daha öncə Türkiyə "Fənərbaxça"sını da çalışdırıb.
0
0