Super Liqa təmsilçilərindən "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayinin gələcək karyerasına harada davam edəcəyi sual altındadır.
Apasport.az xəbər verir ki, belçikalının menecerinin "Qalatasaray"la danışıqlar apardığı iddia edilib.
30 yaşlı forvardın menecerləri "sarı-qırmızılı" klubdan 5 milyon avro və imza haqqı istədiklərini bildiriblər.
Rəqəmi kifayət qədər yüksək görən "Qalatasaray" rəhbərləri Batşuayi cəbhəsi ilə danışıqlar belə aparılmadığını söyləyiblər.
Ötən mövsüm Batşuayi "Fənərbaxça"nın heyətində 43 oyunda 1865 dəqiqə meydanda olub. 30 yaşlı futbolçu bu matçlarda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
- Jurnalistlər Azərbaycan millisinə inanmır - SORĞU
- Kaysedo “Çelsi”yə bir addım yaxınlaşdı
- Bəhlul Mustafazadə: " 100 milyonluq Florian Virtz 5 metrdən qapıya düşmürsə..."
- Finala Fransa və Argentinanın oyununu idarə etmiş hakim təyin olundu