"Fənərbaxça"nın yarımmüdafiəçisi zədələndi
11.01.2024 - 15:55
"Fənərbaxça"nın yarımmüdafiəçisi Migel Krespo zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu "Konyaspor"la matçda (7:1) ağır zədələnib. Onun ayaq əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı oyunçunun müalicə prosesindən asılı olaraq nə zaman qayıdacağı məlum olacaq.
Qeyd edək ki, Krespo cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- İqor Ponomaryov: “Yerli məşqçi gətiririksə, ona güvənməli və şans verməliyik” - MÜSAHİBƏ
- Güləşçilərin dünya çempionatı təəssüratları
- Yuri Maksimov: “Azərbaycandan təklif almışam”
- PFL yeni mətbuat katibini açıqladı
0
0