“Fənərbaxça”ya 25 milyonluq təklif
24.10.2023 - 14:17
![“Fənərbaxça”ya 25 milyonluq təklif](https://ww3.apasport.az/storage/news/2023/october/24/big/6537900b637886537900b6378916981401716537900b637866537900b63787.png)
“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlu “Napoli”nin transfer siyahısında yer alıb.
Apasport.az xəbər verir ki, İtaliya klubu türkiyəli oyunçunu mövsümlərarası fasilədə heyətinə qatmağı planlaşdırır.
A seriyası təmsilçisinin skautları “Fənərbaxça”nın “Hatayspor”la qarşılaşmasında Ferdinin oyununu bəyəniblər. “Napoli” 24 yaşlı yarımmüdafiəçi üçün “sarı-lacivərdlilər”ə 25 milyon avro təklif edəcək.
Qeyd edək ki, mərkəz oyunçusunun klubla müqaviləsi 2026-cı ildə başa çatacaq.
0
0