
“Fənərbaxça”nın Konfrans Liqasındakı rəqibi baş məşqçi ilə yolları ayırdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Bolqarıstan “Ludoqorets”i avrokuboklarda İstanbul klubu ilə oyuna 3 gün qala İvaylo Petevi istefaya göndərdiyini açıqlayıb.
Komandanın dünən çempionatda “Arda” ilə matçı heç-heçə (0:0) bitirməsi klub rəhbərliyinin qəzəbinə səbəb olub. Oyundan sonra baş məşqçi ilə görüşən idarə heyəti qərarını Petevə bildirib. Hazırda komanda topladığı 24 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.
Qeyd edək ki, Konfrans Liqasının “Fənərbaxça” – “Ludoqorets” görüşü oktyabrın 26-da keçiriləcək.
- Kaxaber Tsxadadze: “Qəbələ”yə qarşı xüsusi motivasiya ilə oynayırlar”
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- "Mançester Siti" Braziliyadan futbolçu transfer edir
- Qol vurdu, hərəkət göstərdi, qırmızı aldı - HƏTTA TƏƏCCÜBLƏNDİ
- “Neftçi” – “Sumqayıt” matçının hakimləri bəlli olub