“Fənər”dən Tuta həmləsi
15.01.2025 - 15:11
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” “Ayntraxt” forması geyinən Tutanı transfer etməyə çox yaxındır.
Keçidin 10 milyon avro + bonuslar şəklində baş tutacağı bildirilib. Braziliyalı mərkəz müdafiəçi də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 25 yaşlı Tuta bu mövsüm Almaniya klubunun heyətində çıxdığı 23 rəsmi matçda 1 qol vurub. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- "Lənkəran"ın baş məşqçisi: "Quba" ilə matçlar həmişə çətin keçir"
- "Zaqatala" nın baş məşqçisi: “Bu boyda camaatın sevinci ürəyində qalmaz”
- İkardinin “Qalatasaray”dan İSTƏYİ
- "Qarabağ" və "Araz-Naxçıvan" futbolçularına görə cərimələndi
0
0