“Fənər”in daha 2 futbolçusu zədələndi
10.02.2025 - 23:37
Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın XXIII turunda baş tutan "Alanyaspor"la səfər matçında (2:0) zədələnib.
Futbolçuların 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəçiləri Dieqo Karlos, Aleksandr Ciku, Rodriqo Bekao, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir (Bax).
- Milli braziliyalıya ƏMANƏT
- "Mançester Siti"nin idman direktoru 12 il sonra klubdan ayrılır
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
- “Qalatasaray”ın hücumçusu zədəsini sağaldıb
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
0
0