“Fənər”in futbolçusu Fransa klubunda
19.01.2026 - 21:34
“Fənər”in futbolçusu Fransa klubunda

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Renn” polşalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, artıq tərəflər arasında razılaşma əldə olunub. İstanbul klubu oyunçunun satışından 10 milyon avro gəlir əldə edəcək.

Liqa 1 təmsilçisi 26 yaşlı futbolçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində çıxış etdiyi 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.