Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Qarabağ”a məğlub olan “Ferensvaroş”da baş məşqçi Stanislav Çerçesovun postu laxlayıb.
Apasport.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, komandanın ÇL-də yoluna davam edə bilməməsi rəhbərliyin narazılığına səbəb olub. Ancaq rusiyalı çalışdırıcıya daha bir şans verilib. Əgər komanda Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” səddini aşa bilməsə, Çerçesov qovulacaq.
Rusiya Futbol İttifaqının fəxri-prezidenti Vyaçeslav Kolkov da bundan narahat olduğunu etiraf edib: “Ferensvaroş”un Çempionlar Liqasından kənarlaşdırılmasına üzüldüm. Stanislav Çerçesovun karyerası ilə bağlı bir az narahat idim. Bu narahatlığım indi də davam edir”.
Qeyd edək ki, Bakıda rəqibi ilə bərabərə qalan (1:1) “Qarabağ” Budapeştdə 3:1 hesablı qələbə sayəsində pley-offa yüksəlib. “Ferensvaroş” isə Avropa Liqasına yuvarlanıb.
- AVRO-2028-in ev sahibləri müəyyənləşdi: Türkiyə namizədliyini geri götürdü
- “Kəpəz”in futbolçusu hakimi söydü - Klub 8500 manat ziyana düşdü
- Bu Liqalarda görüşlər təxirə salındı - Rəsmi
- "Mançester Yunayted" "Trabzonspor"un forvardı ilə maraqlanır
- Rimas Kurtinaytis: “Çempion titulunu qorumaq uğrunda mübarizə aparacağıq”