“Biz finaldan nə gözlədiyimizi bilirik. Amma hər şey ola bilər. Bəzən rəqib məşqçi sürpriz də hazırlayır”.
Apasport.az saytının məlumatına görə, bunu “Feyenoord”un baş məşqçisi Arne Slot deyib.
Niderlandlı mütəxəssis Konfrans Liqasının “Roma” ilə bugünkü finalı barədə fikirlərini açıqlayıb: “Roma”nın çox oyununa baxmışıq. Bu üzdən ümid edirəm ki, oyuna əsaslı şəkildə hazırlaşmışıq. Biz cari mövsümdə 55 matç keçirmişik. Hətta rəqib bizə sürpriz hazırlasa da, bizi nə ilə isə təəccübləndirmək olmaz”.
Slot rəqibdən hücum futbolu gözləyir: “Baxdığımız çoxsaylı görüşlərdə “Roma” demək olar həmişə eyni üslubda oynayıb. Onlar bizə qarşı müdafiədən oynasalar, buna çox təəccüblənərəm. Ehtimal edirəm ki, rəqib uzun ötürmələrlə topu müdafiəçilərimizin arxasına atmağa çalışacaq”.
Mütəxəssis qapıçı Beylonun durumundan da danışıb: “Onun durumu daha yaxşıdır. Artıq bir həftədir bizimlə məşq edir. Əgər sürpriz olmasa, matça tam hazırdır. Bu gün Yustinin meydanda olmaq ehtimalı çox yüksəkdir”.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq “Roma” – “Feyenoord” matçı Tiranada keçiriləcək.
- Avropa çempionatı: İngilislər almanları məğlub edib kuboka sahib oldular
- Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib
- “Dinamo”nun baş məşqçisi: "Qarabağ" hücumda və müdafiədə güclü komandadır"
- "İnter" derbidədən qalib ayrılıb Superkuboku qazandı
- Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu