FİFA Şahruddinin komandasına transfer qadağası qoyub
14.05.2024 - 13:16
FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubuna transfer qadağası qoyub.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında bildirib.
Qərara əsasən, Super Liqa təmsilçisi qarşıdakı 3 "transfer pəncərəsi"ndə yeni oyunçular ala bilməyəcək. Buna səbəb klubun sabiq baş məşqçisi Patrik Klyuvertə 142 min avronu ödəməməsi səbəb olub.
Qeyd edək ki, niderlandlı baş məşqçi 2023-cü ilin iyulundan dekabrın əvvəlinədək Türkiyə klubunda işləyib.
- Premyer Liqa: XI turun təyinatları açıqlandı
- “Yaxşı oyun göstərmək istəyirik” - Millimizin voleybolçusu
- Hindistanda keçirilən turnirdə 2 şahmatçımız liderlər arasındadır
- Sadiq Baqıyev: "Mənim əsas məqsədim millidə oynamaqdır" - Müsahibə
- Tahir Süleymanov: "Şəxsi maraqlar "Neftçi"ni çökdürüb" - Müsahibə
0
0