FIFA “The Best” mükafatını ləğv edir
01.01.2026 - 14:12
FIFA “The Best” mükafatını ləğv edir

FIFA mövsümün ən yaxşı futbolçularına təqdim edilən “The Best” mükafatını ləğv etməyi və yeni fərdi mükafat təsis etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Yeni mükafat Dubay İdman Şurası (DSC) ilə tərəfdaşlıq çərçivəsində təqdim ediləcək və bundan sonra FIFA-nın yeganə rəsmi fərdi mükafatı statusunu daşıyacaq.

Bildirilib ki, tərəflər arasında anlaşma memorandumu Dubayda təşkil olunan Ümumdünya İdman Sammiti çərçivəsində imzalanıb. Razılaşmaya əsasən, hər il futbolun ən yaxşı oyunçuları və futbol ictimaiyyətinin nümayəndələri yeni formatda keçiriləcək mərasimdə mükafatlandırılacaq. Sözügedən mükafat yalnız FIFA tərəfindən təqdim edilən rəsmi fərdi mükafat olacaq.

Yeni mükafat üzrə ilk rəsmi mərasimin 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “The Best” mükafatının son qalibi PSJ-nin hücumçusu Usman Dembele olub.