“Fiorentina” həm müddəti, həm maaşı artırdı
26.09.2023 - 21:17
“Fiorentina” Nikolas Qonsaleslə müqaviləni yeniləyib.
Apasport.az-ın məlumatına görə, yeni razılaşma 2028-ci il iyunun sonunadək nəzərdə tutulub.
Yeni razılaşmada argentinalı yarımmüdafiəçi məvacibi artırılsa da, dəqiq rəqəm açıqlanmayıb. Nikolasla “Fiorentina” arasındakı əvvəlki müqavilə 2026-cı ilədək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Qonsales 2022/23 mövsümündə “bənövşəyilər”in ən yaxşılarından biri olmuşdu. O, 42 oyunda 13 qol və 4 ötürmə ilə yadda qalmışdı.
- Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
- “Milan” hücumçusunu icarəyə göndərdi
- “Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb
- "Zirə" ilk görüşdə “Makkabi”yə uduzdu - YENİLƏNİB
- Acun Ilıcalı: "Çox önəmli futbolçularla əlaqədəyik" - VİDEO
0
0