Flik “Barselona”da uzun müddət qalmayacaq
23.11.2024 - 15:57
![Flik “Barselona”da uzun müddət qalmayacaq](https://ww3.apasport.az/storage/news/2024/november/23/big/6741c394175e36741c394175e417323631566741c394175e16741c394175e2.webp)
"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, klubdakı gələcəyi ilə bağlı danışıb..
Mütəxəssis burada uzun illər keçirməyəcəyini bildirib:
"Bir klubda 10 il çalışmaq? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər vaxt ayırım".
Qeyd edək ki, Flik 2024-cü ilin mayından İspaniya klubunu çalışdırır.
0
0