Flik ötən ayın ən yaxşısı seçilib - LA LİQADA
29.09.2026 - 22:44
İspaniya La Liqasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Barselona"nı çalışdıran Hans Flik ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssis qalib olmaq üçün səsvermədə "Atletiko"nun baş məşqçisi Dieqo Simone və "Betis"i çalışdıran Manuel Pelleqrinini qabaqlayıb.
Qeyd edək ki, "Barselona" sentyabrda La Liqada keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Flikin komandası "Valensiya"ni 5:0, "Levente"ni 4:2, "Rasinq"i 7:2, "Sevilya"nı isə 3:1 hesabı ilə məğlub edib.
0
0