Flik Xaviyə çatıb
17.03.2025 - 13:24
İspaniya La Liqasının XXVIII turunda “Barselona” “Atletiko”nu məğlub edib – 4:2.
Apasport.az xəbər verir ki, kataloniyalılar 18 oyundur, uduzmur. Komanda bu matçlarda 15 qələbə qazanıb, 3 heç-heçə edib. “Barselona”nın sonuncu məğlubiyyəti 2024-cü ilin dekabrında “Atletiko” ilə matçda olub – 1:2.
Komandanın baş məşqçisi Hans-Diter Flik məğlubiyyətsizlik seriyasında keçmiş baş məşqçi Xavinin uğurunu təkrarlayıb.
“Barselona” hazırda 60 xalla La Liqada liderdir.
- Millimizin üzvü qırmızı vərəqə aldı, komandası qalib gəldi
- Braziliya millisinin üzvü A Seriyasında çıxış edəcək
- “Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- “Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi
0
0