Frankovski "Qalatasaray"da - RƏSMİ
10.02.2025 - 18:20
Super Liqa təmsilçilərindən "Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Lens"dən Prjemislav Frankovskini heyətinə qatıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Polşa millisinin üzvü mövsümün qalan hissəsini icarə əsasında "Qalatasaray"da keçirəcək.
Oyunçunun yaxın zamanda Türkiyəyə gələcəyi gözlənilir.
Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.
- "Nyukasl" və "Çelsi"dən minimal hesablı qələbələr
- Emin Mahmudov "Neftçi"dən ayrılır - Özəl
- "Barselona" və "Bavariya" "Mançester Yunayted"ə rəqib oldu
- Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
0
0