Fransalı forvardın evi qarət olundu
19.05.2025 - 21:57
Fransa Liqa 1 təmsilçilərindən “Lion”un hücumçusu Aleksandr Lyakazett xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az xəbər verir ki, təcrübəli forvardın evi “Anje” ilə keçirilən oyunu zamanı qarət olunub.
Liqa 1-in XXXIV turu çərçivəsində baş tutan qarşılaşma zamanı naməlum şəxslər futbolçunun evinə daxil olaraq, seyfi sındırıblar. Cinayətkarlar seyfdən külli miqdarda pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını oğurlayıblar.
Qeyd edək ki, Lyakazett həmin oyunda iki qol vuraraq dubl edib.
- Messi, Ronaldinyo və Buffon “sülh matçı”nda iştirak edəcək
- Azərbaycan – İordaniya matçında türkiyəli hakimlər
- Sabiq “Yunayted”li açıqladı: “Cerrard məndən daha yaxşıdır”
- Xisko Munyoz: "Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir"
- ÇL: “Qarabağ” qələbə qazandı CƏFƏRQULİYEV ƏN YAXŞISI SEÇİLDİ
0
0