Fransalı məşhur futbolçu MMA-da
26.04.2025 - 09:52
Fransalı məşhur futbolçu MMA-da

Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra MMA döyüşçüsü kimi ilk dəfə PFL Paris turnirində döyüşəcək.

Apasport.az xəbər verir ki, turnir 23 may tarixində Fransada keçiriləcək və Evranın döyüşü bu turnirdə baş tutacaq.

Evranın rəqibi və yüksək çəki kateqoriyası barədə məlumatlar yaxın zamanlarda açıqlanacaq.

Xatırladaq ki, Fransa millisinin sabiq üzvü daha əvvəl, "Monako", "Mançester Yunayted", "Yuventus", "Vest Hem" kimi komandaların şərəfini qoruyub.