Fransalı müdafiəçi “Liverpul”un hədəfində
12.12.2025 - 22:33
“Renn”in müdafiəçisi Ceremi Ceyk komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“Liverpul” fransalı oyunçunu transfer etmək niyyətindədir. Mersisayd klubu Ceyki mövsümün sonunda müqaviləsi başa çatan İbrahima Konatenin potensial əvəzləyicisi kimi görür.
“Qırmızılar” 20 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
- “Sabah”ın futbolçusu I Liqada çıxış edəcək
- Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub
- Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- "Beşiktaş"lı futbolçu meydana sonradan çıxıb dubl edən ilk niderlandlı oldu
- “Mançester Yunayted” "İnter"in müdafiəçisi üçün əsas namizəddir
0
0