"Frayburq" "Bavariya"nı Almaniya Kubokundan kənarlaşdırdı
05.04.2023 - 00:45
!["Frayburq" "Bavariya"nı Almaniya Kubokundan kənarlaşdırdı](https://ww3.apasport.az/storage/news/2023/april/05/big/642c8da4a426b642c8da4a426c1680641444642c8da4a4269642c8da4a426a.jpg)
Almaniya Kubokunun 1/4 finalında Tomas Tuxelin "Bavariya"sı gözlənilməz uğursuzluqla qarşılaşıb.
Apasport.az xəbər verir ki, "Bavariya" Münxendə "Frayburq"a 1:2 uduzaraq turnirdə çıxışını dayandırıb. Lukas Hölerin 90+5-ci dəqiqədə penaltidən vurduğu qol həlledici olub.
Daha əvvəl "Ayntraxt" "Union"u Randal Kolo Müaninin 11 və 12-ci dəqiqələrdə vurduğu qollarla 2:0 məğlub etmişdi.
Qeyd edək ki, Almaniya Kubokunda digər 2 yarımfinalçı "Nürnberq" – "Ştutqart" və "Laypsiq" – "Borusiya" (Dortmund) oyunlarından sonra bilinəcək.
0
0