Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...
01.03.2025 - 20:19
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.
Apasport.az xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.
Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.
Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.
- Tofiq Musayev: “Döyüşü təxirə salmaq istədilər”
- “Arsenal”ın stadionunda futbolçular üçün “namaz otağı” açılıb
- Maliyyə dəstəyi kəsildi, komanda fəaliyyətini dayandırdı
- "Ordu" heyətini ukraynalı basketbolçu ilə gücləndirib
- Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
0
0