Futbolun qaydaları dəyişir
28.11.2023 - 12:46
![Futbolun qaydaları dəyişir](https://ww3.apasport.az/storage/news/2023/november/28/big/65659c3b2f03e65659c3b2f03f170115794765659c3b2f03c65659c3b2f03d.webp)
VAR-ın (video-köməkçi hakim) səlahiyyətləri artırıla bilər.
Apasport.az xəbər verir ki, futbol qaydalarını idarə edən rəhbər şəxslər VAR-ın səlahiyyətlərinin artırılmasını təklif edib.
Bu barədə "The Times" nəşri məlumat yayıb. Xəbərə görə, mütəxəssislər düşünür ki, bundan sonra aşağıdakı epizodlarda da VAR-a müraciət olunmalıdır:
1. Cərimə zərbəsi təyini zamanı;
2. Küncdən zərbələr;
3. İkinci sarı vərəqənin verilməsi.
Qeyd edək ki, futbol müsabiqələrində video-köməkçi hakim 2018-ci ildən fəaliyyət göstərir.
0
0