Gənc müdafiəçi Almaniya klubunda
12.01.2024 - 16:40
![Gənc müdafiəçi Almaniya klubunda](https://ww3.apasport.az/storage/news/2024/january/12/big/65a12884a7cdd65a12884a7cde170506048465a12884a7cdb65a12884a7cdc.webp)
Dortmund “Borussiya”sı heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Çelsi"nin müdafiəçisi Yan Matseni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı açıqlama verib. 21 yaşlı hollandiyalı ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulub. Futbolçunun icarəyə götürülməzdən əvvəl "Çelsi" ilə yeni müqavilə imzaladığı bildirilirdi.
Qeyd edək ki, Matsen bu mövsüm 15 oyun keçirib.
0
0