"Mançester Yunayted" "Leyptsiq" və Fil Dişi Sahilinin 19 yaşlı vingeri Yan Diomande ilə maraqlanır.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"la yanaşı "Tottenhem" də afrikalını transfer etməyi planlaşdırır.
Hazırda Diomande üçün "Leyptsiq"ə çox sayda təkliflər gəlib.
Əvvəllər "Liverpul", "Mançester Siti", "Çelsi" və digər klublar da onu izləyib.
Bu mövsüm Diomande Almaniya Bundesliqasında 14 oyun keçirib və 6 qol vurub. Yanın alman klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Futbolçunun bazar dəyəri 45 milyon avrodur. O, 2025-ci ildə "Leqanes"dən "Leyptsiq"ə keçib.
- Elmar Baxşıyev: “Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram”
- Rusiya millisinin keçmiş üzvü Aleksey Buqayev müharibədə həlak olub
- Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
- Vaqif Cavadov: “Futbolçulara özünəinam gəldi”
- Millətlər Liqası: Son tura start