![Gözlənilən ayrılıq rəsmiləşdi: Neymar doğma klubuna doğru](https://ww3.apasport.az/storage/news/2025/january/28/big/679873ef537f0679873ef537f11738044399679873ef537ee679873ef537ef.jpg)
Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Hilal" Neymarla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçunun müqaviləsinə xitam verildiyi bildirilib.
2023/24 mövsümündə PSJ-dən ayrılan və 90 milyon avro qarşılığında "Əl-Hilal"a keçən Neymarın müqaviləsi mövsümün sonunda başa çatacaqdı.
Zədəsi səbəbindən uzun müddət oynaya bilməyən braziliyalı ulduz bu mövsüm cəmi 2 matçda meydana çıxıb. Neymar "Əl-Hilal"la müqavilə bağladığı mövsümdə Braziliya millisində zədələnmişdi.
Azad agent olan Neymarın doğma klubu "Santos"la müqavilə imzalaması gözlənilir.
Neymar 2009-cu ildə əsas komandasına qoşulduğu "Santos"da 2013-cü ilə qədər oynayıb, daha sonra "Barselona"ya transfer olunub.
Qeyd edək ki, “Əl-Hilal”ın heyətində 7 matçda iştirak edən 32 yaşlı Neymar 1 qol vurub, 3 məhsuldar ötürmə edib.