Günün mərkəzi matçında qapılara qol vurulmadı
31.03.2024 - 22:27
İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Arsenal"la 0:0 hesablı heç-heçə edib.
Bu tura qədər lider olan "Arsenal" xal itkisindən sonra 2-ci pillədə qərarlaşıb. "Topçular"ın 65 xalı var. Bu gün "Brayton"a qalib gələn (2:1) "Liverpul" isə xallarını 67-ə çatdıraraq liderliyə yüksəlib. "Mançester Siti" isə 64 xalla 3-cüdür.
- “Adana Demirspor”dan növbəti qələbə, “Başakşehir” xal itirdi
- "Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
- İngiltərə Seneqala qalib gəlib, Fransaya rəqib oldu - YENİLƏNİB
- Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu
- “Zirə”nin futbolçusu oynadı, yığması qələbə qazandı
0
0