Gürcüstan millisinin hücumçusu Almaniya klubunda - Rəsmi
04.01.2025 - 15:24
![Gürcüstan millisinin hücumçusu Almaniya klubunda - Rəsmi](https://ww3.apasport.az/storage/news/2025/january/04/big/677912cbd1478677912cbd14791735987915677912cbd146f677912cbd1477.webp)
Almaniyanın “Haydenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi “Karlşrue”dən Budu Zivzivadzeni transfer edib. Gürcüstan millisinin hücumçusu ilə 4 illik müqavilə imzalanıb.
Zivzivadze bu mövsüm II Bundesliqada 17 oyunda 12 qol vurub. O, Gürcüstan yığmasının da üzvüdür.
0
0