Haiti 52 illik həsrətə son qoydu - DÇ-da yenidən qol sevinci
25.06.2026 - 02:28
Haiti 52 illik həsrətə son qoydu - DÇ-da yenidən qol sevinci

Haiti millisi DÇ-2026-da tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, Karib hövzəsi təmsilçisi dünya çempionatlarında 52 ildən sonra ilk qolunu vurub.

Haitililər DÇ-2026-nın C qrupunda Mərakeşlə oyunda fərqlənərək 18.994 günlük qol hsərətinə son qoyublar. 

Qeyd edək ki, Haiti millisinin dünya çempionatlarındakı əvvəlki və son qolu 1974-cü ildə Argentinaya qarşı keçirilən matçda vurulmuşdu. Bundan sonra komanda mundiallarda 52 il qol həsrəti yaşamışdı.