Hakim yerə yıxıldı - Vardi fitini səsləndirdi - VİDEO
03.05.2025 - 19:23
Hakim yerə yıxıldı - Vardi fitini səsləndirdi - VİDEO

İngiltərə Premyer Liqasında XXXV turun görüşləri davam edir. 

Apasport.az xəbər verir ki, "Lester Siti" öz meydanında "Sounthempton"la qarşılaşır.

Davam edən görüşdə maraqlı hadisə yaşanıb. Belə ki, ilk hissədə "tülkülər"in oyunçusu ilə toqquşan hakim yerə yıxılıb. Bu zaman komandanın hücumçusu Ceymi Vardi referinin əlində olan fitdən istifadə edib.

Həmin fraqmenti sizə təqdim edirik: