Hakim zədələndi - ABŞ - Avstraliya matçında maraqlı anlar
20.06.2026 - 01:02
DÇ-2026-nın D qrupunda keçirilən ABŞ - Avstraliya matçında maraqlı hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, görüşün baş hakimi Feliks Tsvayer 90+4-cü dəqiqədə ayağında yaranan qıcolma səbəbindən yerdə qalıb.
Almaniyalı referiyə meydanda tibbi yardım göstərilib. O, bir müddət sonra ayağa qalxaraq qarşılaşmanı davam etdirib.
Qeyd edək ki, görüş ABŞ yığmasının 2:0 hesablı qələbəsiylə başa çatıb.
0
0