Hakimə yumruq vuran klub prezidentinə həbs verildi
11.11.2024 - 11:52
Türkiyə Birinci Liqa klublarından "Ankaragücü"nün sabiq prezidenti Faruk Koca barəsində həbs qərarı verilib.
Apasport.az xəbər verir ki, hakim Halil Umut Melərə yumruqla hücum edən sabiq prezident "qəsdən xəsarət yetirmək" maddəsi ilə 3 il 7 ay 22 gün həbs cəzası alıb.
Qeyd edək ki, o, ötən mövsüm Türkiyə Super Liqası çərçivəsində keçirilən "Ankaragücü" - "Rizespor" matçından sonra hakim Halil Umut Melərə yumruqla hücum etmişdi. Hadisələrdən sonra Koca prezident postundan istefa vermişdi.
- Kerem Aktürkoğlu üçün 100 milyon avro
- Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm”
- Kvaratsxeliya İtaliyada ən yaxşı seçildi
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- Klopp Almaniya millisinə namizədliyindən danışdı
0
0