Hakimi Avropa nəhənglərinin hədəfində
01.11.2024 - 19:26
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Futbolçunu "Mançester Siti", "Liverpul" və "Real" transfer etmək istəyir.
PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatan Hakimi hələ ki, klubla yeni sözləşmə imzalamağa tələsmir.
Qeyd edək ki, PSJ Əşrəf Hakimini 2021-ci ilin yayında "İnter"dən transfer edib.
- Adil Hüseynov: “Ümidvaram ki, “Qarabağ” “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyacaq”
- Şotlandiyalı azarkeş açılış matçı üçün 1600 kilometr məsafə qət edib
- PFL-dən təqdirəlayiq addım: I və II liqalarda da "Ayın qolu" seçiləcək
- Gənc gimnastlarımız bürünc medal qazandı
- “Yuventus”un qolkiperi A Seriyasında klubunu dəyişəcək
0
0