Hakimi PSJ-də qalacaq
17.11.2023 - 12:27
![Hakimi PSJ-də qalacaq](https://ww3.apasport.az/storage/news/2023/november/17/big/6557241ed8d306557241ed8d3117002096946557241ed8d2d6557241ed8d2f.png)
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Paris klubu ilə müqaviləsini uzada bilər.
Apasport.az xəbər verir ki, bunu futbolçunun meneceri Alexandro Kamano açıqlayıb.
Mərakeşli oyunçunun meneceri onun PSJ-yə sadiq olduğunu bildirib: "Mən zəmanət verə bilərəm ki, PSJ rəhbərliyi Hakimi ilə uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir. Əvvəllər o, "İnter" azarkeşlərinin sevimlisi idi. Amma əminəm ki, bu, tam bir hekayədir. Hakimi PSJ-yə sadiqdir".
Qeyd edək ki, Hakimi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0