
“Mançester Siti”nin futbolçusu Erlinq Haland cəzalandırıla bilər.
Apasport.az xəbər verir ki, onun “Tottenhem”lə oyunda hakimi tənqid etməsi İngiltərə Futbol Assosiasiyası tərəfindən intizam işi açılması ilə nəticələnib.
Norveçli hücumçu hakim Saymon Huperi tənqid edib. Matçın final fitindən sonra referi futbolçular tərəfindən mühasirəyə alınıb. Haland hakimlə mübahisə etdiyi üçün xəbərdarlıq alıb. O, oyundan sonra sosial şəbəkələrdə yazdığı “WTF” mesajı ilə də intizamı pozub.
Qeyd edək ki, Premyer Liqanın 14 turundan sonra “Mançester Siti” 30 xalla üçüncü pillədə qərarlaşıb. Eyni sayda matçdan sonra 27 xal yığan “Tottenhem” 5-ci yerdədir.
- Azərbaycanlı jurnalistlərin “Roma” - “Feyenoord” oyununa PROQNOZU
- Vüsal İsgəndərli komandasını dəyişir - ”Kəpəz”ə “yox” deyib
- Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”
- “Bayer” yarımfinalda, “Milan” və “Liverpul” mübarizəni dayandırdı - YENİLƏNİB
- Rüfət Abbasov: "Turan Tovuz"la bizi çətin görüş gözləyir"