Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır
14.10.2026 - 12:22
“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu “Vikinq”lə 3:3 hesabı ilə başa çatan qarşılaşmada dubl edib.
Bununla da Keyn Çempionlar Liqasının əsas mərhələsində ardıcıl 9-cu oyununda qol vurub. O, bu göstəricidə Robert Levandovski və Rud van Nistelroya çatıb.
Qeyd edək ki, turnirin qrup və liqa mərhələlərində ardıcıl ən çox oyunda qol vurmaq rekordu Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı ulduz ardıcıl 11 qarşılaşmada fərqlənib.
0
0