Harri Keyn İngiltərə tarixinə düşdü
11.07.2024 - 09:15

Dünən Avropa Çempionatının ikinci yarımfinal mərhələsi çərçivəsində keçirilən Niderland – İngiltərə oyununda penaltidən fərqlənən Harri Keyn milli komandada rekord yeniləyib.
Apasport.az xəbər verir ki, hücumçu fərqlənməklə İngiltərə yığmasının Avropa Çempionatları tarixində ən çox qol vuran iki futbolçusundan biri olub.
Keyn hazırda Alan Şirerlə birlikdə siyahının zirvəsində yer alıb. Onların hər ikisinin aktivində 7 qol var.
Xatırladaq ki, dünənki matçda 18-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirən Harri komandasının bərabərlik qoluna imza atıb.
- "Nyukasl" və "Tottenhem"in eyni hədəfi
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək - VİDEO
- Millimiz Macarıstan yığması ilə qarşılaşacaq
- İdmançılarımız beynəlxalq turniri 5 medalla başa vurublar
0
0