Hollandiya çempionatında rekord
21.02.2024 - 10:21

Ötən həftəsonu Hollandiya çempionatında 22-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Ayaks" doğma meydanda "NEK"i qəbul etdi.
Matçda danimarkalı futbolçu Lasse Şone "NEK"in heyətində sabiq klubuna qarşı meydana daxil olub.
Bu, danimarkalı oyunçunun Hollandiya liqasında 434-cü oyunu idi və bununla da Şone yeni rekorda imza atdı. Şone indi Eredivisie tarixinin ən təcrübəli əcnəbisidir.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2012-2019-cu illərdə "Ayaks"ın şərəfini qoruyub.
- Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 2 taekvondoçumuz Avropa çempionu oldu
- Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub
- Qvardiola "Nyukasl"ın yarımmüdafiəçisini istəyir
- İsveç - Azərbaycan oyununun biletlərinin satışa çıxacağı tarix müəyyənləşib
0
0