İbrahimoviç nə vaxt qayıdır?
08.12.2022 - 15:29
![İbrahimoviç nə vaxt qayıdır?](https://ww3.apasport.az/storage/news/2022/december/08/big/6391cad0740326391cad07403316704990246391cad07402e6391cad074030.jpg)
“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, zədədən sonra bərpa prosesi keçən 41 yaşlı hücumçunun məşqlərə başlayacağı vaxt müəyyənləşib.
İsveçli forvard 2023-cü ilin yanvarında İtaliya klubunun hazırlıqlarına qatılacaq. O, komandasının BƏƏ-nin Dubay şəhərindəki toplanışına qatılacaq.
Qeyd edək ki, mayda dizindən əməliyyat olunan Zlatan cari mövsümdə meydana çıxmayıb. Onun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
0
0