İkardi Ali Koçu ələ saldı - VİDEO
27.05.2024 - 10:33
2023-2024 mövsümündə Super Liqa çempionluğunu qazanan "Qalatasaray" gecə yarısı İstanbula qayıdaraq Florya Metin Oktay Təsislərində azarkeşləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, doğma azarkeşlərlə qələbə sevincini qeyd edən Mauro İkardi "Fənərbaxça" prezidenti Ali Koçu ələ salıb.
Minlərlə azarkeşin qatıldığı çempionat şənliyində Mauro İkardinin "Fənərbaxça"nın prezidenti Ali Koçun adı yazılmış "Qalatasaray" formasını geyinməsi diqqət çəkib.
Qeyd edək ki, "aslanlar" bu mövsüm 102 xalla çempionluğa seviniblər. "Bülbüllər" isə 99 xalla ikinci olub.


- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Şahruddindən "ağzı yanan" "Qarabağ": 4 qapıçı transferi
- Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib
- 29 yaşında karyerasını bitirdi
- “Neftçi” FİFA-nın qırmızı siyahısında: Transfer qadağasının səbəbi bilindi
0
0