İkardiyə Argentina millisi üçün yaşıl işıq
10.10.2023 - 14:33

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin yüksək performansı ölkəsi Argentinada da gündəm olub.
Apasport.az xəbər verir ki, Argentina mediası İkardini milliyə qayıtmağa çağırır.
Xəbərlərdə Messinin onu istəmədiyi üçün komandaya alınmadığı iddia edilən futbolçunun köhnə günlərə nisbətən çox daha yetkin olduğu qeyd edilib. Yerli media ölkədə bu məsələni qabardaraq Argentina Futbol Federasiyasına çağırış edib.
Qeyd edək ki, 30 yaşlı futbolçu 8 dəfə çıxış etdiyi Argentina millisində sonuncu dəfə 2018-ci ildə forma geyinib.
- İrəvanda Avropa çempionu olan türkiyəli ağırlıqqaldıranlar Azərbaycana gəlir
- Levandovski Messinin rekordunu qırdı
- Elxan Məmmədov: "Beynəlxalq futbol və idman ictimaiyyəti “Qarabağ”dan danışır"
- Aerobika gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək
- Rail Məlikov: "Neftçi" üçün namizədim Tərlan Əhmədov və Samir Abasovdur"
0
0