İki klub Kazemironu almaq istəyir
15.05.2024 - 12:13
![İki klub Kazemironu almaq istəyir](https://ww3.apasport.az/storage/news/2024/may/15/big/66446bf02ae7066446bf02ae71171576011266446bf02ae6e66446bf02ae6f.jpg)
Braziliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kazemiro yay "transfer pəncərəsi"ndə İngiltərə klubundan ayrıla bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Məlumata görə, adı açıqlanmayan iki klub yarımmüdafiəçini transfer etmək istəyir.
Cari mövsümdə o, 30 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı və "qırmızı şeytanlar" arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.
0
0