![İlin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/december/29/big/67711c289fda967711c289fdaa173546602467711c289fda767711c289fda8.jpg)
2024-cü ilin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.
Apasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 20 yaşadək futbolçuların 11-liyini tərtib edib.
Fransadan üç, İngiltərə və İspaniyanın hərəsinin iki oyunçusu rəmzi komandaya daxil edilib. Türkiyəli Arda Güler də 11-likdə yer alıb.
Qapıçı: Giyom Restes (Fransa);
Müdafiəçilər: Riko Lyuis (İngiltərə), Pau Kubarsi (İspaniya), Leni Yoro (Fransa);
Yarımmüdafiəçilər: Arda Güler (Türkiyə), Kobbi Maynu (İngiltərə), Uorren Zair-Emeri (Fransa), Joao Neveş (Portuqaliya);
Hücumçular: Lamin Yamal (İspaniya), Savinyo (Braziliya), Alexandro Qarnaço (Argentina).