İlk 1/16 final cütü müəyyənləşdi: Kanada - Cənubi Afrika
25.06.2026 - 07:02
İlk 1/16 final cütü müəyyənləşdi: Kanada - Cənubi Afrika

DÇ-2026-da ilk 1/16 final cütünün adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Kanada millisi növbəti mərhələdə Cənubi Afrika ilə qarşılaşacaq.

Kanadalılar B qrupunu 4 xalla ikinci pillədə başa vurublar. Afrika təmsilçisi isə A qrupunda son turda Cənubi Koreyanı məğlub edərək 4 xal toplayıb və qrupu ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Kanada tarixində ilk dəfə dünya çempionatında qrup mərhələsini adlayıb. Cənubi Afrika isə 1/16 finala yüksəlməklə mundial tarixinin ən uğurlu nəticələrindən birinə imza atıb.