
La Liqa təmsilçilərindən "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Siti"yə qayıda bilər.
Apasport.az xəbər verir ki, italiyalı jurnalist Fabrizio Romanonun sözlərinə görə, "transfer pəncərəsi" bağlanmadan İlkay İspaniya klubundan ayrıla bilər.
Hazırda "Mançester Siti" alman yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparır.
Qeyd edək ki, Gündoğana Səudiyyə Ərəbistanından da təkliflər gəlib, amma o, gələcəyi ilə bağlı qərar verməyib.
Gündoğan ötən mövsüm "Barselona"nın heyətində 51 oyun keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib. 33 yaşlı yarımmüdafiəçinin kataloniyalılarla müqaviləsi gələn mövsümün sonuna qədərdir.
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
- Tennisçilərimiz Qətərdə keçirilən turniri 3 medalla başa vurublar
- Hidayət Heydərov: "İkinci dəfə olimpiya çempionu olmaq istəyirəm" - Müsahibə
- Çempionda yeni müqavilə
- Adrian Mutu: “Meydana çıxan hər oyunçumuz güclüdür”