İlkay Gündoğan “Qalatasaray” üçün İSTANBULDA
02.09.2025 - 17:13
"Qalatasaray"ın razılıq əldə etdiyi "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İstanbula gəlib.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
“Sarı-qırmızılılar”ın 34 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm "Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 assistlə yadda qalıb.
- "Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə
- Sənan Qurbanov: ""Neftçi"yə layiq oyunçu tapmaq çətindir"
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- "Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
- “Qarabağ” Azərbaycan kubokunun finalında - YENİLƏNİB
0
0