İngiltərə millisinin baş məşqçisi bəlli oldu - Rəsmi
16.10.2024 - 13:07
İngiltərə yığması yeni baş məşqçi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, millinin baş məşqçi postunu almaniyalı mütəxəssis Tomas Tuxel tutacaq. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
O, 2025-ci ildən komandaya rəhbərlik edəcək.
Xatırladaq ki, Tuxel daha əvvəl "Bavariya"nı çalışdırırdı. Mütəxəssis Almaniya nəhənginin məşqçi postunu bu ilin yazında tərk edib. O bundan öncə "Çelsi", PSJ, "Borussiya" kimi komandaları da çalışdırıb.
Qeyd edək ki, Li Karsli hazırda İngiltərə millisinin müvəqqəti baş məşqçisidir.
- Yol polisi Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib
- Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq
- “Sabah” Çempionlar Liqasında məğlub oldu
- Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə
- Azərbaycan - Estoniya oyununun təyinatları açıqlandı
0
0